Bu gün Millət vəkili Qənirə Paşayevanın doğum günüdür

7 Mart, 08:16

Bu gün Millət vəkili Qənirə Paşayevanın doğum günüdür.

Qadın böyük qüvvədir. Tarixən də, elə indi də kişi kimi mərd, cəsur qadınlara rast gəlmək olur. Elə qadınlar var ki, bacarığıyla dünyanı dəyişib, sübut edib ki, qəhrəmanlıq təkcə kişilərə məxsus olmur. Onlar zərif cinsin nümayəndələri sayılsa da, bəzən üzərilərinə düşəndən də artıq “yükü qaldırırlar”.

İlk öncə jurnalist sonra isə millət vəkili kimi tanıdığımız Qənirə Paşayeva da Azərbaycanın mərd, cəsur qadınlarından biridir. Hələ jurnalist olduğu dövrlərdən də hər zaman xalqın içində olur, onların problemlərini kimsədən çəkinmədən işıqlandırırdı. Hal-hazırda da
bir millət vəkili kimi hər zaman xalqın içində, xalqın yanındadır. Onların dərdinə şərik çıxır, problemlərini həll etməyə çalışır. Bununla kifayətlənməyən Qənirə Paşayeva xarici dövlətlərdə də hər zaman Azərbaycanı layiqincə təmsil edir, onları Azərbaycanın yanında olmağa çağırır. O, getdiyi hər yerdə Azərbaycanın şanlı tarixi haqda danışır, mənfur düşmənlərimizin Qarabağda, Xocalıda törətdikləri vəhşiliklər, soyqırım haqda geniş məruzə ilə çıxış edir və bütün dünyanın bunu bilməsi üçün əlindən gələni əsirgəmir. Bəzən insana elə gəlir ki, bu xanım evinin ünvanını xatırlayırmı, evinə gedirmi? Axı nə zaman baxsan səfərlərdə, seçildiyi Tovuz rayonu xalqının yanında, onların evlərinin qonağı olur, problemlərini dinləyir, həll etməyə çalışır.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Azərbaycan Respublikası III (2005) və IV (2010) çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.

30 sentyabr 2011-ci il tarixində “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı hər il ənənəvi olaraq təqdim etdiyi “Xəzər” Milli Mükafatının qaliblərindən biri elan edib.

“İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Qənirə Paşayevanı Fəxri Diplomla təltif edib.

Gürcüstanın fəxri vətəndaşı.

Subaydır. Firuzə adlı mənəvi qızı var.


VOİCEPRESS
kollektivi olaraq doğum gününüz münasibətilə sizi təbrik edən çoxsaylı dostlarınız və seçicilərinizə qoşularaq ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik. Tutduğunuz bu haqq yolunda daim Allah sizə yar olsun!

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here