Booking.com Türkiyənin qərarı ilə bağlı apellyasiya şikayəti verəcək

0
314296

Booking.com saytının administrasiyası İstanbul məhkəməsinin bu saytın Türkiyədə fəaliyyətinin dayandırılması barədə qərarı ilə razı deyil.

VOİCEPRESS-in məlumatına görə, bu barədə saytın nümayəndəsi açıqlama verib.

Nümayəndənin sözlərinə görə, sayt rəhbərliyi məhkəmə qərarı ilə əlaqədar artıq apellyasiya şikayəti hazırlayıb və təqdim edəcək.

Sayt nümayəndəsi əlavə edib ki, Booking.com hər zaman fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə hörmət edib.

Xatırladaq ki, İstanbul məhkəməsi Türkiyə Turizm Agentlikləri Birliyinin (TÜRSAB) haqsız rəqabət haqqında iddiası ilə bağlı booking.com saytının fəaliyyətini Türkiyədə dayandırılması barədə qərar çıxarıb.

Trend-in məlumatına görə, TURSAB hesab edir ki, booking.com rəqabət haqqında qanunu pozur və servisin fəaliyyətindən yerli turizm agentlikləri əziyyət çəkir. Eyni zamanda Assosiasiyanın vəkilləri bildiriblər ki, qadağa qüvvəyə minədən sonra qadağadan öncə servis vasitəsilə Türkiyə mehmanxanalarında bron etmiş müştərilərin qeydiyyatı ləğv edilməyəcək və müştərilər otellərə məskunlaşa biləcəklər.

Qeyd edək ki, hazırda booking.com saytına Türkiyədən giriş açıqdır. Faktiki bloklanma haqqında qərar İnformasiya Texnologiyaları üzrə Şura tərəfindən qəbul olunmalıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here