Bolqarıstan Türkiyədəki səfirini geri çağırır

0
314613

Bolqarıstan ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə rəsmi Ankaranın müdaxilə cəhdi etdiyini vurğulayaraq Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırır.

VOİCEPRESS European-a istinadən bildirir ki, Türkiyənin Sofiyadakı səfiri bir qədər əvvəl ölkədəki türkyönlü “Dost” partiyasını dəstəkləmişdi. Rəsmi Ankara isə Türkiyədə yaşayan 60 min bolqarı “Dost”a səs verməyə səsləmişdi. Rəsmi Sofiya bunu “Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə” kimi dəçyərləndirib.

Bolqarıstanda parlament seçkiləri martın 26-da keçiriləcək. Sosioloji sorğuların nəticələrinə görə, əsas rəqiblər sabiq baş nazir Boyko Borisovun rəhbərlik etdiyi “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” və Bolqar Sosialist partiyalarıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here