BMT-də nüvə silahlarının tamamilə qadağan edilməsi haqqında danışıqlar başlayır

0
313714

BMT-də nüvə silahlarının tamamilə qadağan edilməsi haqqında konvensiyanın qəbuluna dair danışıqlar başlayır.

VOİCEPRESS RİA Novosti-yə istinadən xəbər verir ki, bu beynəlxalq sazişin təşəbbüskarı nüvə silahı olmayan bir sıra ölkədir. Eyni zamanda, nüvə dövlətləri konfransda iştirak etmir.

Konfransın keçirilməsi haqqında qərar ötən il BMT Baş Assambleyasının tərk-silah və beynəlxalq təhlükəsizlik komitəsi tərəfindən qəbul edilib. Müvafiq qətnamənin qəbul edilməsinə da Avstraliya və daha 50 ölkə çıxış edib, sənəd 123 dövlət tərəfindən dəstəklənib. 38 dövlət əleyhinə çıxış ediblər, onların arasında BMT Təhlükəsizlik Şurasının 4 daimi üzvü – Rusiya, ABŞ, Fransa, Böyük Britaniya.

Təhlükəsizlik Şurasının beşinci daimi üzvü Çin səsvermədə bitərəf qalıb.

Qeyd edək ki, bir müddət sonra hər beş rəsmi nüvə dövlətlərinin konfransa qatılmayacaqları məlum olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here