Biləsuvarda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu

0
314256

27 mart 2017-ci il tarixdə Biləsuvar rayonunda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.

VOİCEPRESS
xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, DTX-nin Biləsuvar rayon şöbəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsi yad edildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının təbrik məktubu oxunduqdan sonra rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev respublikamızın Dövlət Təhlükəsizliyi Xidməti orqanlarını, o cümlədən rayon şöbəsinin bütün əməkdaşlarını peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara cansağlığı, çətin və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət təhlükəsizlik istiqamətində də layiqli şəkildə davam etdirilməkdədir.
M.Quliyev bildirdi ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda dövlət təhlükəsizliyinin qorunması istiqamətində atılan uğurlu addımların nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.
Tədbirdə DTX-nin Biləsuvar rayon şöbəsinin rəisi Ramil Bəndəliyev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi



VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here