Bəxtiyar Əliyev: “Azərbaycanda iqtisadi inkişaf yerlərdə ixtisaslı kadrlara tələbatı artırır”

0
313943

“Azərbaycanda peşə hazırlığı məsələsi vacib olan istiqamətlərdən biridir və bununla bağlı dövlət proqramı da təsdiq olunub”.

VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, peşə təhsili ilə bağlı artıq yeni proqramlar hazırlanıb: “Prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair Saatlı rayonunda keirilmiş respublika müşavirəsində də bir daha peşə hazırlığına xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğuladı və konkret sahələri də göstərdi. Prezident bildirdi ki, kənd təsərrüfatı, sənaye, üzümçülük və digər sahələrdə yüksək ixtisaslı mütəxəssislərə ehtiyac var. Bu mütəxəssislər peşə məktəbləri və ya xüsusi ixtisaslaşmış orta ixtisas təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərdir”.

Deputat bildirib ki, Azərbaycanda iqtisadi inkişaf yerlərdə ixtisaslı kadrlara tələbatı artırır: “Yeni istehsal sahələri yaranır, iş yerləri açılır. Əlbəttə, bu da daha çox müəyyən peşə biliklərinə yiyələnmiş bacarıqlı kadrlar tələb edir ki, onlar da xüsusi peşə məktəblərində hazırlanmalıdır”.

B.Əliyev vurğulayıb ki, peşə təhsilini təşkil etmək üçün yerlərdə ixtisaslı kadrlara olan tələbat öyrənilməli və bununla bağlı konkret plan tərtib edilməlidir.

Qeyd edək ki, martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkədə pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən işlər, bu sahəyə dövlət dəstəyinin artırılması, eyni zamanda, kənd təsərrüfatı, sənaye, üzümçülük və digər sahələrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə bağlı konkret təkliflər irəli sürüb.

Dövlət başçısı müşavirədə həmçinin, yeni müəssisələrin yaradılması və bunun davamı olaraq, ölkədə yeni iş yerlərinin açılmasının daha da sürətləndirilməsi ilə də bağlı konkret təkliflər açıqlayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here