Berti Foqts Bakıya gəlib

24 Mart, 19:03

AFFA-nın baş katibi millimizin sabiq baş məşqçisi Berti Foqtsla görüşüb.

VOİCEPRESS qurumun saytına istinadən məlumat verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək B.Foqts Bakıya gəlib.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq baş məşqçisi ilə görüşüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here