Bərdədə ağır qəza: 8 nəfər yaralandı, 5-i uşaqdır

0
313931

Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Divanlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində Bərdə sakini olan 8 nəfər xəsarət alıb. Qəza zamanı hər iki maşın idarəetməni itirərək yoldan çıxıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı sürücü və sərnişinlər daxil olmaqla xəsarət alan şəxslər bunlardır:

Bayramov Bayram Rövşən oğlu, 10 yaş (Güloğlular kəndi)
Əlizadə Kənan Müşfiq oğlu, 5 yaş (Güloğlular kəndi)
Əlizadə Sənan Muşfiq oğlu, 4 yaş (Güloğlular kəndi)
Allahverdiyev Fariz Taliş oğlu, 18 yaş (Cəyirli kəndi)
Məmmədov Ramin Sabir oğlu, 28 yaş (Cəyirli kəndi)
Məmmədova Türkan Piriş qızı, 27 yaş (Cəyirli kəndi)
Məmmədov Məhəmmədəli Ramin oğlu, 9 aylıq (Cəyirli kəndi)
Məmmədzadə Leyla Ramin qızı, 7 yaş (Cəyirli kəndi)

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here