Bəhreyndə hökümətə hücum planlaşdırılan 14 terrorçu saxlanılıb

27 Mart, 08:08

Bəhreyn hökuməti bildirib ki, ölkənin yüksək vəzifəli şəxslərinin üzərinə hücum planlaşdıran 14 nəfərlik terrorçu qrupunun üstünü açıb.

VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən bu haqda Röyter agentliyi xəbər verib.

Məlumata görə, qruplaşmanın üzvlərinin fevralın sonunda beş hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığı polis avtobusuna hücumla əlaqəsi ola bilər.

Bəhreyn xəbər agentliyi məlumat verir ki, ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına əsasən qruplaşmaya biri ABŞ-ın “beynəlxalq terrorçu” elan etdiyi şəxs olmaqla 2 nəfər başçılıq edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here