Bakının tarixi bazarının sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

0
314748

“Şərq” bazarının sökülməsi barədə xəbərlərə aydınlıq gətirilib.

VOİCEPRESS
istipress-ə istinadən xəbər verir ki, bazarın şirkət nümayəndəsinin səlahiyyətli şəxsi Ələsgər Kazımov bu haqda yazılanların hamısının cəfəngiyyat olduğunu deyib. Kazımov onlara heç bir xəbərin daxil olmadığını, bazarın normal fəaliyyət göstərdiyini deyir. Bazarda apardığımız müşahidələr onu göstərdi ki, satıcılar da bundan xəbərsizdirlər və ümumiyyətlə onlara bu haqda heç bir məlumat daxil olmayıb.

“Biz ancaq saytlarda görmüşük söküntü xəbərini. Bizə heç kim heç nə deməyib”, – satıcılar belə deyir.

Xatırladaq ki, bu gün səhər internet mediada Bakının Nərimanov rayonu ərazisində yerləşən “Şərq” bazarınln sökülməsi haqqında xəbərlər yayılıb. Xəbərə görə, ərazidə yerləşən əksər obyektlər, o cümlədən də “Şərq” bazarı, böyük ehtimalla, plana düşəcək. Ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcəklər. Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu da qeyd edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here