Bakıda yanğın qeydə alınıb.
VOİCEPRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3 m² olan köməkçi tikilinin içərisinə yığılmış köhnə ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
VOİCEPRESS.AZ