Bakıda nəqliyyatın istiqaməti dəyişdiriləcək

0
314213

Avtomobillərin parklanması qadağan olunacaq

May ayının 12-22-də Bakı şəhərində keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı nəqliyatın hərəkəti, avtomobillərin oyunların keçirildiyi məkanların ərazisinə giriş və çıxışı xüsusi icazə əsasında həyata keçiriləcək.

VOİCEPRESS xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətində oyunlarla bağlı keçirilən mətbuat konfransında bildirilib.

Həmçinin, Oyunlar zamanı yarış məknalarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq olunacaq. Bu, həmin ərazilərdə yaşayan sakinlərin və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatlığı minimuma endirmək məqsədilə icra ediləcək.

Tədbirdə bildirilib ki, IV İslam Həmrəylik Oyunları zamanı Nəqliyyatın Hərəkətinə Nəzarət Zonaları yaradılacaq. Bu zonalara xüsusi buraxılış vəsiqələri olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya daxil olmasına icazə verilməyəcək.

Yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası/AZAL Arena, Tennis Akademiyası əraizisində sakinlərin və biznes obyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq, onların bu əraziyə girişini təmin etmək məqsədilə giriş-çıxış icazəsi veriləcək. Digər yarış məkanlarında Nəqliyyatın Hərəkətinə Nəzaət Zonalarında yaşayış binalarının və şirkətlərin olmadığını nəzərə alaraq, bu ərazilər üçün heç bir buraxılış nəzərdə tutulmayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here