Bakıda güclü külək fəsadlara yol açdı – VİDEO

0
314227

Evin damı uçub, həyətyanı sahədəki hasar aşıb. Güclü külək Bakıda fəsad törədib.

Görüntülər paytaxtın Suraxanı rayonu Zığ Qəsəbəsi Rövşən Göyüşov küçəsi 140 ünvanındandır. VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, saat 11 radələrində güclü külək qəsəbə sakini Ramil Rzayevə məxsus evin damını uçurub.

Ramil Rzayevin sözlərinə görə, külək evə 1500 manata yaxın ziyan vurub.
Güclü külək qonşuluqdakı hasarı da uçurub. Hasar dəmir darvaza ilə birlikdə aşıb.
Digər hadisə Binəqədi rayonuda baş verib. Güclü külək Biləcəri qəsəbəsi Qabil Süleymanov 38 ünvanında yerləşən binanın dam örtüyünü bütöv halda həyətə uçurub. Hadisə nəticəsində həyətdə dayanmış avtomobillərə və eyvanlara ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

Qala qəsəbəsi Zeytun savxozunda da bir fərdi evin damini külək uçurub.
Bu kadrlar isə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsindəndir. Külək Ramil Süleymanova məxsus həyət evinin damını uçurub. Nəticədə 1 nəfər xəsarət alıb.
Tbilisi porospekti ilə Şəfayət Mehdiyev küçələrinin kəsişməsində isə iri reklam lövhəsi hava axınının təsiri ilə yola aşıb. Xoşbəxtlikdən avtomobillərə və piyadalara ziyan dəyməyib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here