Bakı-Astara yolunda güclü dolu – Hərəkət iflic oldu

22 Mart, 19:30

Qaradağ rayon ərazisinə güclü dolu yağır.

VOİCEPRESS bakipost-a istinadən xəbər verir ki, güclü küləklə müşayiət olunan dolu dənələrinin böyük olması səbəbindən avtomobillərə, evlərə ziyan dəyib.

Bundan başqa dolu Bakı-Astara yolunun Ələt qəsəbəsindən Salyana qədər hissəsində avtomobillərin hərəkətini iflic edib.

Bir neçə avtomobilin qəza etdiyi, yoldan çıxdığı bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here