Bakı-2017 Oyunlarının daha bir rəsmi tərəfdaşının adı açıqlandı

0
314691

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının növbəti rəsmi tərəfdaşı olub.

VOİCEPRESS
-in məlumatına görə, bu gün Bakı-2017 Oyunları Əməliyyat Komitəsi və “Azərbaycan Hava Yolları” QSC arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb.

IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru Mayk Loynd mötəbər idman tədbirlərində aviaşirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edərək, AZAL-ın Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğulayıb:

“Çox böyük nüfuza malik “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olması bizim üçün çox önəmlidir. Əminəm ki, Oyunların təbliğatı işlərində AZAL mühüm rol oynayacaq”.

“Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyev isə bildirib: “Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları bizim ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir. Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürur hissi duyuruq. Əminəm ki, ölkəmiz digər mötəbər idman tədbirləri kimi, IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək”.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here