Azərbaycanla Türkiyə arasında pasportsuz səfər: Mane olan kimdir?

0
314425

Türkiyə ilə Rusiya arasında pasportsuz gediş-gəlişin təmini istiqamətində iş aparılır. Bunadək isə Türkiyənin Ukrayna, o cümlədən də Gürcüstanla bu cür gediş-gəlişin təmininə dair anlaşması var.

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejimi olsa da, şəxsiyyəti təsdiq edən daxili sənədlərlə gediş-gəliş mümkün deyil.

Maraqlıdır, Türkiyə ilə ölkəmiz arasında bu cür gediş-gəlişin təmin olunmasına mane olan səbəb nədir?

VOİCEPRESS xəbər verir ki, Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov Cebhe.info-ya açıqlamasında iki ölkə arasında sərbəst dolaşmaya mane olan problemlərdən danışıb:

“Türkiyə ilə Azərbaycan arasında pasportsuz gediş-gəliş çoxdan müzakirə olunan məsələdir. Təəssüflər olsun ki, bu məsələ birmənalı qarşılanmır. Ola bilsin ki, viza rejimi də əlavə prosedur tələb edir. Bəzi hallarda sərbəst gediş-gəlişi hətta demokratik təhlükəsizlik məsələsi kimi də qiymətləndirirlər. Müharibə şəraitində yaşayan Azərbaycan hökuməti ölkəsinə daxil olan vətəndaş haqqında daha ətraflı məlumata malik olmalıdır”.

A.Allahverənovun sözlərinə görə, pasportsuz gediş-gəliş üçün əsas problem yaradan məsələlərdən biri təhlükəsizlikdir: “Atəşkəs elan olunsa da, hər gün cəbhə xəttindən ölüm xəbərləri alırıq. Hələlik ki, iki ölkə arasında pasportsuz gediş-gəlişin təmini üçün müəyyən cəhdlər var. Ola bilsin ki, yaxın gələcəkdə bu məsələ reallaşsın. Sadəcə olaraq, ilk növbədə bu prosesin planı hazırlanmalı, məsələnin müəyyən texnoloji tərəfləri aydınlaşmalıdır. Bir neçə il öncə də iki ölkə arasında bu məsələ geniş müzakirə olunsa da, tərəflər ortaq qərara gələ bilmədilər”.

A.Allahverənovun sözlərinə görə, Azərbaycan tərəfi buna təşəbbüs etmir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here