“Azərbaycanın öz suveren ərazisinə nəzarət etməyə tam hüququ var”

0
314219

“Biz hamımız sülh istəyirik. Qaydalar hər kəsə tətbiq olunanda, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət ediləndə sülh əldə etmək mümkün olur”.

VOİCEPRESS verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı deyib.

R.Plevneliev bildirib ki, böyük və kiçik güclər qaydaları və sərhədlərin suverenliyini pozan zaman sülh əldə etmək mümkün olmur:

“Azərbaycanın da öz ərazisi var. Azərbaycanın öz suveren ərazisinə nəzarət etməyə tam hüququ var. Azərbaycan xalqının və rəhbərliyinin ikili standartların mövcud olduğunu qeyd etməyə tam haqqı çatır. Beynəlxalq qaydalar Ermənistana tətbiq olunmalıdır və biz Ermənistanı öz ərazilərinə qayıtmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq. Biz Ermənistanı beynəlxalq qanunlara hörmət etməyə çağırırıq”.

Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here