Moskvada səfərdə olan XİN rəhbəri Elmar Məmmədyarov Şimali Koreyanın ballistik raket buraxmasına şərh edib. VOİCEPRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir Diplomatik akademiyada çıxışında bildirib ki, raket texnologiyasının inkişafı regionda yeni gərginlik yaradır.
Onun sözlərinə görə, Cənubi Koreya, həm də Yaponiyanı həyəcanlanmağa vadar edir: “Şimali Koreyanın raket sınağı həyata keçirməsini qınayan BMT Təhlükəsizlik Şurasının növbəti qətnaməsinə nəzər alsaq, bəlkə də, bu məsələyə başqa tərəfdən baxmaq lazımdır. Bəlkə də, daha köklü tədbirlər görmək lazımdır”.
VOİCEPRESS.AZ