Azərbaycanda yeni konsepsiyalı ilk kompleks-kitabxananın açılışı olub

0
314246

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS-nin 1 saylı filialının M.Şəhriyar adına kitabxananın rekonstruksiyadan sonra açılışı olub.

Kitab evi tərzində düzənlənən yeni nəsil kitabxananın əsas ideyası 5 minə yaxın yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi, oxucuya sərbəst seçim imkanın verilməsi, həmçinin əhalinin hər sahədə daha geniş məlumat əldə etməsidir.

VOİCEPRESS
bildirir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev və Vaqif Əliyev , Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev və müavini Arzu Məmmədova, Milli Məclisin deputatı Fazil Mustafa, mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər.

Cənab nazir Əbülfəs Qarayev çıxışında qeyd etdi ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə yaradılan müasir kitabxana kompleksi qəsəbə sakinlərinin və gənclərin asudə vaxtlarının mənalı keçirmələrinə xidmət edəcək, dünya ölkələrində tətbiq edilən bu ideya artıq Bakının Sabunçu qəsəbəsində ilk olaraq reallaşdırılıb və 2017-ci ilin sonuna qədər paytaxtın bir neçə rayonlarında da kompleks kitabxanaların açılışı nəzərdə tutulub.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və deputat Fazil Mustafa öz çıxışlarında kitab evinin qəsəbə sakinləri üçün çox əhəmiyyətli olduğunu vurğulayıblar və bu layihədə xidməti olan qurumlara öz təşəkkürlərini bildiriblər.

Sonra kitabxananın rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Qonaqlar yeni kitabxana kompleksi ilə yaxından tanış olublar.

Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Azərbaycanda yeni konsepsiyalı ilk kompleks-kitabxananın açılışı olub

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here