Azərbaycanda insanları ölümün cəngindən belə xilas etdilər-VİDEO

11 Mart, 12:26

Fövqəladə Hallar Nazirliyi Xəzərdə ölümlə üz-üzə gələn balıqçıların xilas edilməsinin videogörüntülərini yayıb. Nazirlikdən VOİCEPRESS-ə verilən məlumata görə, sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib. Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar – Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunmuşdur. Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here