Azərbaycanda icra başçısının müavininin arvadı özünü asdı

0
314029

Bu gün Qəbələ rayonunda intihar hadisəsi baş verib.

VOİCEPRESS xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı özünü yaşadığı ünvanda asaraq intihar edib.

Nohurqışlaq kəndinin Bələdiyyə sədri Nizami İbrahimov bildirib ki, mərhum Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşıdır.

Onun sözlərinə görə, Allahverdiyeva Natavan uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. Özündən sonra 3 övladı qalıb. Böyük övladı Bakıda ali təhsil alır. Kiçik övladının isə 6 yaşı var.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here