“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklik təklif edilib və Azərbaycanda internet medianın fəaliyyəti qanunla tənzimlənəcək. Azərbaycanda internet medianın qanunla tənzimlənməsi, həmçinin “az” domeninin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tətbiq etdiyi qaydalarla idarə edilməsi yaxın gələcək üçün internet medianın azadlığını müzakirə mövzusu edir. Aparılan müzakirələr arasında diqqət çəkən məqam isə ölkədə olan digər domenlərlə fəaliyyət göstərən xəbər portallarının yaxın gələcək üçün “az” domeninə keçilməsi tələbinin olmasıdır. Əgər ölkədə digər domenlərlə fəaliyyət göstərən xəbər portallarına “az” domeninə keçidlə bağlı tələblər qoyularsa, bu, nə dərəcədə qanunauyğun sayıla bilər?
VOİCEPRESS xəbər verir ki, cebhe.info-nun sualını cavablandıran media mütəxəssisi Ələsgər Məmmədli bunu internet mediasına basqı kimi qiymətləndirib: “Əgər belə bir tələb qoyularsa ki, xəbər portalları “az” domeninə keçsin, bu, bilavasitə mediaya basqı olacaq. Xəbər portallarının digər domenlərlə fəaliyyət göstərməsinin iki səbəbi var. Birincisi “com” və ya digər domenlər daha ucuz satılır, “az” domeni baha satılır və online satış həyata keçirilmirdi. İkinci səbəb isə “az” domeninin tənzimlənməsindəki monopoliyanın çox ciddi problem yaratmasıdır. Əslində “az” domeni Azərbaycanda mövcud olan internet ictimaiyyətinin birgə iştirakı ilə tənzimlənməlidir. Bura həm dövlət, həm internet istifadəçiləri, həm də provayderlər daxildir. Amma təəssüflər olsun ki, Azərbaycanda bununla bağlı nəzarət konkret olaraq icra hakimiyyəti orqanı olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Onlar isə bunu sistemli şəkildə özlərinin müəyyən etdiyi qaydalarla idarə edirlər. Son dəyişikliklərdə də “İnformasiyalaşdırma haqqında” Qanunda “az” domeninin dövlət qurumu tərəfindən tənzimlənməsi, hətta lazım gələrsə, bloklanması, hansısa məlumatların çıxarılması tələbi gündəmə gəlib. Xüsusilə, müxalif düşüncəli, alternativ informasiya mənbəyi rolunda, yaxud da müstəqil media rolunda çıxış edən xəbər portalları “az” domenindən kənar durur. Çünki “az” domeni bu və ya digər formada geri alınır və yaxud basqıya məruz qalır. Əgər bu şərt qoyulsa ki, media saytları “az” domeninə keçsin, bu, ciddi basqı hesab ediləcək. Hüquqi baxımdan da, bazar aspektindən də baxsaq, rəqabətliliyi aradan qaldırır, monopoliya yaratmaq deməkdir. “Az” domenini “İntrans” şirkəti idarə etsə də, o, sadəcə olaraq icraçıdır, lakin idarəolunması birbaşa olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi qanunlarla həyata keçirilir. Bunun özü də qaydalara ziddir. Beynəlxalq Kommunikasiya İttifaqı bununla bağlı çox aydın tələblər qoysa da, ölkəmiz nədənsə bu tələbləri icra etmir”.

VOİCEPRESS.AZ