Azərbaycanda aqromeşə massivi salınacaq

0
313650

“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 10 mart tarixli əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən il ərzində “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-praktik konfrans, Akademik Həsən Əliyev adına 5 nominasiya üzrə müsabiqə, ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, alimin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasında “Akademik Həsən Əliyev adına aqromeşə massivi”nin salınması da nəzərdə tutulur.

Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 2017-ci il 07 fevral tarixində Sərəncam imzalanıb və bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına sanballı töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə anadan olub. Görəkəmli alimin Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində xidmətləri əvəzsizdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here