Azərbaycanda 30 ton çay yükü olan İran vətəndaşının “TIR”ı yandı: yaralanan var

0
314001

Lənkəranda yanğın qeydə alınıb.

VOİCEPRESS FHN-ə istinadən xəbər verir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində çay fabrikinin ərazisində İran İslam Respublikasının vətəndaşına məxsus “TIR” markalı yük avtomobilinin kabinəsinin yanar hissələri, yük hissəsinə yığılmış 30 ton çayın 1 tonu və sahibi məlum olmayan digər yük avtomobilinin kabinəsi yanmışdır.

Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hər iki yük avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here