“Azərbaycan İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir”

15 Mart, 11:27

Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir.
VOİCEPRESS
xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “İslam həmrəyliyi – zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda sabitlik mövcuddur: “Etnik və dini müxtəliflik ölkəmizin mili sərvəti kimi dəyərləndirilir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir”.

A.Paşazadə bildirib ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir.

QMİ sədri deyib ki, bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya və radikalizmin təzahürləri sivilizasiyalar arasında, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir: “Bu təhdidlərdən yalnız səyləri birləşdirməklə, dinlər arasında əməkdaşlıqla qurtulmaq olar”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here