Azərbaycan Şarcada keçirilən VI Beynəlxalq Hökumət Rabitəsi Forumunda təmsil olunub

0
313793

Martın 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyində VI Beynəlxalq Hökümət Rabitəsi Forumunun rəsmi açılışı baş tutub. BƏƏ-nin Ali Şürasının üzvü, Şarca Əmirlyinin hakimi Şeyx doktor Sultan bin Məhəmməd Əl-Qasiminin himayəsi altında keçirilən Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıgı ilə Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov iştirak edib və fəxri qonaq qismində ölkəmizi təmsil edib. Tədbirə, həmçinin ölkəmizin BƏƏ-dəki Səfiri Daşqın Şikarov VİP qonaq statusunda qatılıb.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ-in keçmiş vitse-prezidenti Albert Qorun, Almaniyanın sabiq prezidenti Horst Kohlerin, Ərəb Körfəzi Əməkdaşlıgı Şürasının baş katibi Əbdüllətif Əz-Ziyəninin, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunisin, eləcə də xarici ölkələrin dövlət rəsmiləri və diqər tanınmış simaların da iştirak etdiyi sözügedən tədbirin açılış mərasimindən öncə BƏƏ-nin Ali Şürasının üzvü, Şarca Əmirlyinin hakimi Şeyx doktor Sultan bin Məhəmməd Əl-Qasimi ilə Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov arasında görüş keçirilib.

Baş nazirin müavini bu möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıgı ilə iştirak etdiyini və VI Beynəlxalq Hökümət Rabitəsi Forumuna dəvətə görə Şeyx doktor Sultan bin Məhəmməd Əl-Qasimiyə təşəkkürünü bildirib, dövlətimizin başçısının salamlarını və ən xoş arzularını Şarca hakiminə çatdırıb.

Eyni zaman Azərbaycan rəsmisi AR-BƏƏ əlagələrinə dair söhbəti əsnasında ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlsqələrinin yüksək səviyyədə olduğunu vurgulayıb və Azərbaycan hökumətinin dost Ərəb Əmirlikləri əlaqələrin bütün sahələrdə inkişaf etdirmək marağında olduğunu Şeyx doktor Sultan bin Məhəmməd Əl Qasiminin diqqətinə çatdırıb.

Baş nazirin müavini Ə.Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində ətraflı dayandığı zaman fürsətdən istifadə edərək BƏƏ dövlətinin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünu bildirib. Söhbət əsnasında, həmçinin Şarca Əmirliyinin hakimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından ölkəmizə rəsmi səfərə dəvət edilib və bu səfərin tərəflər arasında əlaqələrin inkişafında müstəsna əhəmiyyəti vurğulanıb.

Öz nvöbəsində, Şeyx doktor Sultan bin Məhəmməd Əl Qasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salam və xoş arzularına görə təşəkkürünü ifadə edərək, onun salamlarını və ən səmimi diləklərini ali ünvan sahibinə çatdırmagı xahiş edib. O, ölkələrimizi və xüsusən də rəhbərllərimizi birləşdirən əlaqələrin yüksək səviyyədə oldugunu xüsusilə qeyd edib.

Ölkələrimizi, ələlxüsus da rəhbərlərimizi birləşdirən münasibətlərin yüksək səviyyədə olduğunu dilə gətirən Şarca Əmirliyinin hakimi Azərbaycan Prezidentinin dəvətinə görə məmnunluğunu bildirərək, bu səfəri tezliklə gerçəkləşdirmək arzusunda olduğunu Azərbaycan rəsmisinin nəzərinə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda son 14 il ərzində dinamik inkişaf müşahidə olunur və ölkəmizdəki iqtisadi və sosial sahədəki artımı yaxından izləyirlər.

VI Beynəlxalq Hökumət Rabitəsi Forumunun açılış mərasimində Şarca Əmirliyinin hakimi Şeyx doktor Sultan bin Məhəmməd Əl Qasiminin ardınca çıxış edən Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov dövlətimizin başçısının salamlarını və müraciətini Forum iştirakçılarina ünvanlayıb.

Azərbaycan Prezidentinin müraciətində VI Beynəlxalq Hökumət Rabitəsi Forumunun müasir dünyanın üzləşdiyi qlobal çağırışlar fonunda keçirilməsinin əhəmiyyəti, dünya miqyasında əlaqələndirmə işlərinin təmin edilməsinin müasir rabitənin bilavasitə iştirakını şərtləndirdiyi vurğulanıb. Azərbaycan hökumətinin BMT-nin 2030-cu ilədək olan dövr üçün Dayanıqlı İnkişaf Məqsədlərini qətiyyətlə dəstəklədiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Davamı olaraq, dünyada aclıq və yoxsulluq problemlərinə də toxunan Baş nazirin müavini BMT-nin bu xüsusda olan statistik məlumatlara nəzər salıb və dünya dövlətlərinin birləşərək bəşəriyyəti bu fəlakət və ədalətsizlik biabırçılığından çıxarmaq naminə ən təsirli tədbirlər görməsinin zəruriliyini önə çəkib.
Sonra cənab Ə.Əhmədov müstəqilliyinin ötən 25 ili müddətində Azərbaycanın artıq dünyanin sürətlə inkişaf edən və yeniləşən dövlətlərindən biri kimi tanındığını xüsusilə qeyd edib. Son 14 il ərzində iqtisadi və sosial sahədə əldə olunan nailiyyət və göstəricilər barədə dolğun danışıb və bu istiqamətlərdə görülən işlərdən, eləcə də neftin qiymətlərinin kəskin ucuzlaşması fonunda hökumətimizin iqtisadi şaxələndirməni istiqamət tutaraq, tətbiq etdirdiyi dövlət siyasətindən söhbət açıb. Diqqətə çatdırıb ki, sənaye, kənd təsərrüfatı, turizm sektorlarının inkişafına xüsusi diqqət yetirilir. Coğrafi mövqeyi sayəsində Azərbaycanın tranzit və loqistik mərkəzə cevrilməsini hədəfləyən və bu gün ölkəmizin ərazisində qlobal layihələr reallaşdırılır.

Azərbaycan Prezidentinin müraciətinin yekun hissəsində Azərbaycan hökumətinin nümayəndəsi qonaqların diqqətini ölkəmizdə müşahidə edilən sürətli və dayanıqlı inkişafın Ermənistanın Azərbaycan ərazilərinin 20%-nin işğalı və bu işğalın nəticəsi olaraq 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması fonunda gerçəkləşdirildiyini vurğulayıb və işğalın aradan qaldırılmasının Azərbaycan və bölgə üçün daha geniş imkanlar mənasını daşııdığını xüsusilə qeyd edib. Bu işdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların qətiyyətli mövqeyə ehtiyac duyulduğunu və dövlətimizin bu yöndə bütün səylərə öz töhvəsini verməyə hazır olduğunu dinləyicilərin diqqətinə çatdırıb.

Forumun ilk günü BƏƏ Ali Şürasının üzvü, Şarca Əmirlyinin hakimi Şeyx doktor Sultan bin Məhəmməd Əl Qasiminin adından fəxri qonaq qismində iştirak edən Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun şərəfinə ziyafətlə sona çatıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here