Aspirini əzib şampunun içinə tökün və…

0
314751

Aspirinin ağrıkəsici, xərçəng və alzheimer (unutqanlıq) probleminin qarşısını almaq kimi saysız faydası var. Faydalarından biri isə saçlara müsbət təsir göstərməsidir.

VOİCEPRESS lent.az-a istinadən aspirinin saçlara faydasını təqdim edir.

Saç rəngini qoruyur

Xüsusilə açıq rəng saçlar xlorlu su, uzun müddət günəş şüalarına məruz qalarkən rəngi daha da açıla bilər. Bu problemin təbii həlli üçün bir neçə aspirini ilıq suda həll edin, qarışımı saçlarınıza sürtüb 15 dəqiqə sonra durulayın.

Saçları parıldadır

Aspirindəki salisilik asit saçdakı qırıqları azaldır və saçın daha parlaq olmasına yardımçı olur.

Kəpəyi azaldır

Şampuna əlavə edəcəyiniz aspirinlə kəpək problemini əngəlləyə bilərsiniz. Aspirinin tərkibindəki turşu maddəsi baş dərisindəki ölü dəri hüceyrələrini həll edərək kəpəyi azaldacaq. Saç dərisindəki təbii yağları itirmək istəmirsinizsə, aspirini eyni şəkildə istifadə edin. Həftədə bir dəfə əzilmiş bir neçə aspirini şampununuza əlavə edin.

Saç tökülməsinin qarşısını alır

Araşdırmalara görə, orqanizmində yüksək nisbətdə prostaglandin D2 maddəsi olan heyvanlar keçəl olur. Saç tökülməsi yaşayan insanlarda da bu maddənin çox ifraz edildiyi deyilir. Aspirin isə bu maddənin ifrazını əngəlləyir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here