Arıqlamaq istədi, öldü

27 Mart, 19:50

Şotlandiyalı Cordan Kou muay-tay (tay boksu) üzrə matç ərəfəsində arıqlamağa çalışarkən vəfat edib.

VOİCEPRESS The Telegraph-a istinadən bildirir ki, 20 yaşlı idmançı tez arıqlamaq üçün geyindiyi “ağırlaşdırılmış kostyum”da məşq edərkən keçinib.

Həkimlərin dediklərinə görə, onun ürəyi dayanıb.

İnsident Tailandın paytaxtı Banqkokda yaşanıb.

Dünən C.Kounun Kambocadan olan muay-tay döyüşçüsü ilə qarşılaşması keçirilməli idi.

Cordan Kou 61 kq çəki dərəcəsində çıxış etmək istəyirdi. Bunun üçün o, 4 gün ərzində 3 kq arıqlamalı idi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here