Aqil Acalov: “İslam oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir”

0
313615

Azərbaycan tolerant və islam dünyasında ən stabil,inkişaf etmiş ölkələrdən biri sayılır.
VOİCEPRESS
xəbər verir ki, bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov 2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini bölüşərkən bildirib.

“İslam oyunlarının keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunu göstərir. Bu gün Azərbaycan dünyada yaratdığı mövcud stabil və inkişafı ilə seçilir. Ölkəmiz turizm baxımından da cəlbedici bir məkana çevrilib. Ölkəmizin dünyada təbliği baxımından mühum xarakter daşıyır. İslam oyunlar nəinki Azərbaycan və Avropa idman aləmində, eləcə də bütün Türk dünyasında əlamətdar hadisə sayılır. Belə ki, bir türkdilli ölkə olaraq kifayət qədər zəhmət tələb edən, məsuliyyətli vəzifənin öhdəsindən gəlməyi çox sevindirici haldır. Bundan yalnız qürur duyuruq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here