Ankara Gülənin müvəqqəti həbsini gözləyir

0
314718

Ankara Vaşinqtondan Fətullah Gülənin müvəqqəti həbs edilməsini gözləyir.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla birgə mətbuat konfransında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Biz FETÖ-nün rəhbərinin ekstradisiyası məsələsini müzakirə etdik, sorğularımızı təqdim etdik. Bu istiqamətdə konkret addımların atılmasını gözləyirik. Onun müvəqqəti həbs edilməsini gözləyirik – bu sorğu da Amerika tərəfinə təqdim edildi”, – deyə Mövlud Çavuşoğlu bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here