VOİCEPRESS report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurası (WBC) qərar verib. 38 yaşlı idmançı, həmçinin 250 min dollar həcmində cərimə ödəməli olacaq.
Qeyd edək ki, Aleksandr Povetkin 2016-ci il mayın 21-də amerikalı Deontey Uaylderlə WBC versiyası üzrə superağır çəkidə dünya çempionu adı uğrunda döyüş keçirməli idi. Lakin döyüş rusiyalı idmançının analizlərinin müsbət nəticə verməsi səbəbindən baş tutmayıb. WBC ötən ilin avqustunda A.Povetkini dünya çempionu adı uğrunda döyüşə namizədlikdən kənarlaşıdırb.
Həmçinin qurumun qərarı ilə il ərzində boksçudan analizlərin götürülməsinə dair qərar qəbul edib. Ötən ilin dekabrında kanadalı boksçu Bermeyn Stivernlə döyüş zamanı rusiyalı idmançının dopinq-test analizi müsbət nəticə verib.
VOİCEPRESS.AZ