Abid Şərifov: “”Xruşşovka”ların yerində yeni binalar və sosial obyektlər tikiləcək”

15 Mart, 15:43

Baş nazirinin müavini Abid Şərifov deyib ki, “Xruşşovka”ların sökülməsinə az qalıb.

VOİCEPRESS xəbər verir ki, o bildirib ki, “Xruşşovka” tipli yaşayış binaları yalnız betondan tikilib, burada bütün normalar pozulub: “Bu binalarda yaşayan insanlar tez-tez xəstələnirlər. Mən də təqribən bir il panel evdə yaşamışam. Bu evlər çox yararsızdır. Buna görə də həmin binaların sökülməsi barədə qərar alqışlanmalıdır və şübhəsiz ki, bu layihə dövlət başçısı ilə razılaşdırılıb”.

A.Şərifov bildirib ki, həmin ərazilərdə yaşayan sakinlər dövlət zəmanəti ilə elə həmin ərazidə mənzillə təmin olunacaqlar: “60 mənzilin yerinə 120 mənzil tikiləcək. Dövlət bunları nəzərə alıb və müvafiq olaraq, güzəştlər olacaq ki, ayrı-ayrı tikinti şirkətləri işləri öz hesablarına görə bilsinlər. Müddətə gəldikdə, bu barədə danışmaq hələ tezdir. Hələ layihənin hazırlanması tələb olunur”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here