8 Martda ən qiymətli hədiyyə: “6 il sonra oğlum oldu”

8 Mart, 20:33

Xudat şəhər sakini Tatyana Vələmmətova 8 Mart Beynəlxalq Qadınlar Günündə ən qiymətli hədiyyə alanlardandır.

VOİCEPRESS ARB Şimal-a istinadən xəbər verir ki, 10 ildir evli olan xanım bu gün 3-cü övladını dünyaya gətirib. 2 qız övladı olan Tatyana uzun illərdir oğul övladına sahib olmaq istəyib. Məhz bayram günündə də bu arzusuna çatıb.

Tatyana Vələmmətova: “6 ildən sonra bir oğlum oldu. 2 qızım var. Biri 8 yaşında, biri də 6 yaşında. 8 Mart bayramında çox böyük hədiyyədir. Atası göylərdə uçur. Qayınatamın adını qoymaq istəyirik.”

Vələmmətovlar ailəsi kimi daha 5 ailə 8 Mart günü Quba Regional Perinatal Mərkəzində sevinib.

Tibb müəssisəsində onlarla qadın bayramı iş başında keçirir. Onlardan biri də Quba Regional Perinatal Mərkəzin həkim neonatoloqu Yeganə Ağayevadır. 25 ildir tibb sahəsində çalışan həkim bayramların çoxunu işdə qeyd edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here