VOİCEPRESS Channels Television-a istinaldən bildirir ki, 200 insanı oğurlamaqda və qətlə yetirməkdə suçlanan 36 yaşlı Henii Çibueze zərərsizləşdirilib. O, başçılıq etdiyi 7 nəfərlik dəstənin bütün üzvləri ilə birlikdə yanvarda tutulmuşdu.
“Vampir” ləqəbi ilə tanınan Çibueze 11 yaşında ilk qətlini törətmişdi.
Daha sonra isə o, fasiləsiz olaraq qətl, qarət, reket, soyğunçuluq, adam oğurluğu ilə məşğul olub.
“Vampir”in qurbanları arasında sabiq sevgilisi və bu qadından olan 6 övladı da var.
Çibueze bu qadının yaşadığı qadının evinə girərək sevgilisini və 6 övladını xüsusi amansızlıqla qətlə yetirmişdi.
Dünən paytaxt Laqosda “Vampir” Henri Çibuezenin cəsədi vətəndaşlara göstərilib. Kütlə onu küçə ilə sürüyüb.
Nigeriyanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Vampir” və onun dəstəsi Rivers ştatındakı meşəlikdə ələ keçiblər.
VOİCEPRESS.AZ