Ziya Bünyadovun xatirəsi anıldı

24 Fevral, 15:10

Fevralın 24-də AMEA Şərqşünaslıq İnstitutunun kollektivi Fəxri Xiyabanda 20 il öncə – 1997-ci il fevralın 21-də amansızcasına qətlə yetirilmiş görkəmli şərqşünas alim, vaxtilə AMEA-nın vitse-prezidenti, AMEA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmış akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun xatirəsini anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüb.

VOİCEPRESS

xəbər verir ki, Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva anım mərasimində Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi Ziya Bünyadovun keçdiyi zəngin və mənalı həyat yolundan, qoyduğu böyük elmi irsdən, yaratdığı elmi məktəbdən danışıb, həmin məktəbin yetirmələrinin böyük alimin yolunu layiqincə davam etdirdiklərini deyib. Bildirib ki, Z.Bünyadovun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb. G.Baxşəliyeva Ziya Bünyadovun dünya şöhrətli alim olmaqla yanaşı, həm də Böyük Vətən Müharibəsi illərində göstərdiyi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adını almasını, həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqının mənafeyini öz kəsərli qələmi ilə həmişə yüksək səviyyədə müdafiə etməsini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan əsas şəxslərdən olmasını qeyd edib.

Daha sonra Şərqşünaslıq İnstitutunun direktor müavini AMEA-nın müxbir üzvü Şahin Mustafayev və İnstitutun “Ərəb ölkələri tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri t.ü.f.d. Fərda Əsədov akademik Ziya Bünyadovun qoyduğu zəngin irsdən, onun həm elmi, həm publisistikası, həm də mübarizliyi ilə Azərbaycan xalqına göstərdiyi böyük xidmətlərdən danışıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here