Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ

22 Fevral, 12:42

“Aztelekom” MMC son zamanlar sosial mediada nəcib əməli ilə müzakirə olunan Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu kompüter dəsti və sürətli, pulsuz internetlə təmin edib.

VOİCEPRESS publika.az-a istinadən xəbər verir ki, N.Məhərrəmova ilin sonuna qədər internetdən pulsuz istifadə imkanı yaradılıb.

21 ildir sözügedən kənddə müəllim işləyən N.Məhərrəmov “Aztelekom” MMC-nin xidməti ərazisində yaşayır. Müəllimə “Aztelekom” MMC-nin hədiyyəsi təqdim olunub.

“Aztelekom” MMC-nin baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, müəllimin bu xeyirxah əməlinin gələcək nəslin tərbiyəsində mühüm rol oynayacağına inanırıq: “Bizim təqdim etdiyimiz bu hədiyyə sayəsində müəllim şagirdlərə əlavə olaraq internet üzərindən də məşğələlər keçə bilər. Bu kimi nəcib davranışlar digər bölgələrdə də olarsa, biz dəstəyimizi verməyə hazırıq”, – deyə E.Cabbarov bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here