Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

20 Fevral, 13:16

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tədbirlər planı hazırlayıb.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək.

Fevralın 26-da İdarənin kollektivi Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edəcək. İdarənin tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzeylər və Heydər Əliyev mərkəzlərində sərgilər, anım gecələri, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, məlumat saatları və mühazirələr keçiriləcək.

Həmçinin, idarənin şəbəkəsinə daxil olan müəssisələrdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlər nümayiş olunacaq.
Tədbirlərin keçirilmə tarixi və saatı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəsmi internet saytında yerləşdiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here