“Xocalı faciəsi insanlıq tarixində qara ləkədir”

26 Fevral, 10:33

“Xocalı faciəsinin baş verməsindən 25 il keçsə də, hələ də Xocalıya ədalət istənilir. İnşallah, yaxın zamanda bu ədalət təmin olunar, Azərbaycan işğal altında olan torpaqlarına qovuşar. Xocalıda qətliam törədənlər ən qısa zamanda cavab verərlər”.

VOİCEPRESS xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir Xocalı faciəsinin insanlıq tarixində qara bir ləkə olduğunu deyib. Faciənin 25-ci ildönümü günündə azərbaycanlılarla həmrəylik nümayiş etdirmək üçün səfirliyin əməkdaşları ilə birgə “Xocalı” abidəsini ziyarət etdiklərini açıqlayan diplomat: “Azərbaycanın başı sağ olsun, şəhidlərimizə tanrıdan rəhmət diləyirəm. Bilirəm ki, onların hər birinin məkanı cənnətdir”, – deyə bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here