Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə müşahidə edilən meyit sahilə çıxarılıb. IstiPress-in xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məluamata görə, dünən saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.
Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
VOİCEPRESS.AZ