İran İslam Respublikasının Ali lideri Ayətullah Seyyid Əli Xamenei İran xalqının ABŞ prezidenti Donald Trampın təhdidlərinə, cümə günü – 1979-cu il inqilabının növbəti ildönümündə cavab verəcəyini söyləyib.
VOİCEPRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayətullah Seyyid Əli Xamenei bildirib ki, D. Tramp İran
İslam Respublikasının ABŞ-dan qorxmasını istədi, lakin İranın buna cavabı “xeyr” oldu:
“Heç bir düşmən, İran xalqını iflic edə bilməz. D.Tramp “məndən qorxmalıdır” deyir. Xeyr! İran xalqı, fevralın 10-da D. Trampın sözlərinə cavab verəcək və bu cür təhdidlərə qarşı gücünü nümayiş etdirəcək” – ,deyə o bildirib.
VOİCEPRESS.AZ