Xaçmazda və Qubada yanğın olub

4 Fevral, 20:23

Xaçmaz və Quba rayonlarında yanğın hadisəsi qeydə alınıb.

VOİCEPRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Bayoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan talvarın 5 m2 sahədə yanar konstruksiyaları və 6 ton ot bağlamasının 4,5 tonu yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba rayonu, İkinci Nügədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları və içərisində olan ehtiyat hissələri yanıb.

Bitişik avtomobil təmiri sexləri yanğından mühafizə olunub. Yanğın saat 16:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here