Whatsapp-ın son yenilənməsi bütün istifadəçilərə təqdim ediləndən sonra böyük reaksiyaya səbəb olub.
VOİCEPRESS-in baku.ws-ə istinadən məlumatına görə, mesajlaşma proqramının bu yenilənməsindən sonra bir çox istifadəçi Whatsapp-ı sərt tənqid edib. Proqramda olan əlaqələr bölməsinin yoxa çıxması istifadəçiləri çaş-baş salıb.
Yeniləmədən sonra İnstaqram-da olduğu kimi hər bir istifadəçi özünə hekayə hazırlaya bilir. Ancaq proqrama əlavə olunan yeniliklər istifadəçilər tərəfindən bəyənilməyib.
Əlaqə bölməsini proqramda tapa bilməyənlər bu videonu izləyə bilər.
VOİCEPRESS.AZ