Türkiyədə Xocalı soyqırımına həsr olunmuş şeir müsabiqəsi keçiriləcək

7 Fevral, 12:29

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Şairlər və Yazıçılar Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi elan edib.



VOİCEPRESS
xəbər verir ki, mövzusu Xocalı soyqırımı olacaq bu yarışda qalib şəxsə iyunda Azərbaycana 5 günlük turpaket hədiyyə ediləcək.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi soyqırım zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here