Türkiyədə terakt törətməyə hazırlaşan İŞİD şəbəkəsi ələ keçdi

5 Fevral, 14:13

Bu gün Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatının ölkədəki gizli şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib.



VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında Ankara, İstanbul, Bursa və İzmir başda olmaqla, bir çox şəhər və rayonlarda eyni vaxtda əməliyyat başlayıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Ankarada 60, İstanbulda 18, Bursada 46 İŞİD üzvü olmaqda şübhəli sayılan şəxs saxlanılıb. Konyada 75 nəfərin saxlanılması barədə qərar var. Saxlanılan şəxslərin terror aktı törətməyə hazırlaşdıqları bildirilir.

Saxlanılanlardan 10-u uşaq olmaqla, 14 nəfər xarici ölkə vətəndaşıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here