Türkiyədə DƏHŞƏTLİ QƏZA: 5 azərbaycanlı öldü, 26-sı yaralandı-Yenilənib

20 Fevral, 14:20

İğdır valisi Ahmet Turgay Alpman bildirib ki, hər iki avtobusda olanların əksəriyyəti naxçıvanlılar olub.

VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə mətbuatı hər 2 avtobus sürücüsünün və 5 azərbaycanlının öldüyünü açıqlayıb.

Hazırda sıxışan avtomobillərin arasından yaralıların xilas edilməsi üçün tədbirlər görülür.

13:45

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 4 Azərbaycan vətəndaşı ölüb.

VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Türkiyə parlamentinin İğdır vilayətindən olan deputatı Nurəddin Aras deyib.

Onun sözlərinə görə, qəza nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, qəza nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb.

13:18

Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.

VOİCEPRESS-in apa-ya istinadən verdiyi məlumata görə, İğdırın Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.

Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.

İğdır valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.

Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.

İğdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Bu barədə Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.

12:18

Türkiyədə ağır yol qəzası baş verib.

VOİCEPRESS “Haberler”ə istinadla bildirir ki, İğdır-Aralık yolunda iki avtobus toqquşub. Baş verən qəzada ilkin məlumata görə, 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili tibbi yardım maşınları cəlb edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here