Türkiyə Suriyada hərbi baza yaradıb

28 Fevral, 21:09

Türk ordusu Suriyanın bir qədər əvvəl İŞİD-dən azad edilmiş El-Bab şəhərinin strateji hissəsində müvəqqəti hərbi baza yaradıb.

VOİCEPRESS-in məlumatına görə, bu barədə “Hurriyet Daily News” qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, baza El-Babdakı yüksəklikdə yerləşir.

Bazanın türk ordusunun zirehli texnikasının təmiri və dislokasiyası üçün istifadə edildiyi bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here