Türkiyə Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə nümayəndəlik açacaq.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov brifinqdə deyib.
Nazir qeyd edib ki, nümayəndəlik Türkiyənin Azərbaycandakı səfirliyi yanında açılacaq:
“Səfirlikdə xüsusi nümayəndə – Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşaviri təyin ediləcək. O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına məsul olacaq”.
VOİCEPRESS.AZ