Trampın fərmanının qurbanı olan minlərlə insan var

4 Fevral, 08:30

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın 27 yanvarda imzaladığı, daha çox 7 müəlman ölkəsinə aid olan 3 aylıq viza qadağası qərarından sonra indiyədək 100 min adamın vizası ləğv edilib.

VOİCEPRESS hüriyyet-ə istinadən xəbər verir ki, viza qadağasından neçə adama təsir etdiyi ilə bağlı açıqlamanı, cümə günü Virciniyada ölkəyə girişdə problem yaşayan Yaşıl Kartlı (Green Card) iki Yəmən vətəndaşının açdığı iddiada iştirak edən federal hökumətin vəkili Erez Reuveni tərəfindən aparılıb.

Reuveni həmçinin, bu ana qədər Yaşıl Kartlı (Green Card) heç kimin ölkəyə girişdən məhrum edilmədiyini bildirib.

Ağ Ev daha əvvəl verdiyi açıqlamada, ABŞ-a girişinə icazə verilməyən adam sayının 109 olduğunu açıqlamışdı. Amerika Mülki Azadlıqlar Birliyi isə hava limanında həbs edən çox sayda adamın ölkələrinə geri göndərildiyini, hökumətin bu mövzuda verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia etmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here