Trampdan sensasion “tweet”

2 Fevral, 11:44

Trampdan sensasion “tweet”

“İran İraqı işğal edir”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran Vaşinqtonun trilyonlar xərclədiyi İraq üzərində nəzarət dayanmadan ələ keçirir.

VOİCEPRESS azvision-a istinadən xəbər verir ki, bu barədə prezident öz “Twitter” səhifəsində yazıb.

“İran sürətlə İraqı hissə-hissə udur. Hətta ABŞ-ın oraya 3 trilyon dollar xərcləməsinə baxmayaraq bu proses davam edir. Bu artıq çoxdan hamıya məlumdur!” – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, 2003-cü ildə ABŞ Səddam Hüseyn rejimini devirmək üçün İraqa daxil olub. Daha sonra ABŞ qoşunlarının əsas hissəsi bu ölkədən çıxarılıb. Həmin vaxtdan etibarən İraqda güclü mərkəzi hakimiyyət yoxdur. Hökumət ölkənin bir neçə regionuna faktiki olaraq nəzarət edə bilmir.

Rəsmi Tehran İraq əhalisinin əhəmiyyətli hissəsinin şiə olmasına görə Bağdad üzərində güclü təsirə malikdir. 1979-cu ildə İslam İnqilabından sonra ABŞ İranı regionda ən böyük rəqibi hesab edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here