Trampdan müsəlmanlara MÜRACİƏT

1 Fevral, 20:04

Trampdan müsəlmanlara MÜRACİƏT

ABŞ-da miqrasiya rejiminin sərtləşdirilməsi müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinin tamamilə qadağan olunması demək deyil.

VOİCEPRESS azvision.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp miqrasiya sahəsində qərarların qəbulundan sonra cəmiyyətdə artan mübahisələrlə bağlı münasibətini bildirərkən deyib.

Tramp “Twitter” səhifəsində yazıb: “Hamı mübahisə edir ki, bu, qadağadır, ya yox. Necə istəyirsiniz, elə də adlandırın, amma məqsəd ölkəyə pis insanları (pis niyyətlə gələnləri) buraxmamaqdan ibarətdir”.

Qeyd edək ki, son günlər Tramp miqrasiya siyasətini sərtləşdirən bir neçə fərman imzalayıb. Bununla bağı qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb, Suriya qaçqınlarının yerləşdirilməsi qeyri-müəyyən vaxta qədər qadağan edilib və ölkəyə bəzi giriş qaydaları sərtləşdirilib. Dövlət başçısı, həmçinin qaçqınların qəbulu barədə kvotanı da nəzərəçarpacaq dərəcədə azaldıb.

2017-ci il üçün kvota 50 min nəfər həddində müəyyən edilib. Bundan başqa, İraq, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişi 90 günlə məhdudlaşdırılıb. Tramp imzalanma mərasimində bundan sonra ölkəni “xarici terrorçulardan” qorumaq üçün qaçqınların seçiminin “ekstremal” olacağını da qeyd edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here